AZ

U-17 yeniyetmələr arasında Şimal bölgəsi üzrə region birinciliyi başa çatıb - FOTO

Sentyabrın 13-də U-17 yeniyetmələr arasında Şimal bölgəsi üzrə region birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, turnirdə Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzəndən olan 7 klubun 63 cüdoçusu (57 oğlan, 6 qız) mübarizə aparıb.

Xaçmaz Olimpiya İdman Kompleksində baş tutan yarışda 7 çəki dərəcəsində qalib və mükafatçılar bəlli olub.

Qeyd edək ki, region birinciliklərinin keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Həmçinin, U-17 üzrə birinciliklər milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırır.

Qalib və mükafatçıların sıyahısı belədir:

Oğlanlar
-50 kq
1. Mirmehdi İsmayılov (Neftçi Siyəzən)
2. Şahlar Cümşüdov (Neftçi Siyəzən)
3. Zaur Qasımov (Qusar)
3. Umud Zeynalov (Şabran)

-55 kq
1. Turan Zeynallı (Quba CİK)
2. Pənah Məmmədov (Şabran)
3. Emin Rəhimov (ACF)
3. Binyət Əlifov (Neftçi Siyəzən)

-60 kq
1. Əli Niyazov (Şabran)
2. Ayxan Quliyev (Şabran)
3. Maqsud Şıxmuradov (Qusar)
3. Şahin Ağamalıyev (Şabran)

-66 kq
1. Turan Ağamoğlanov (Neftçi Siyəzən)
2. Rəvan Aşumov (Neftçi Siyəzən)
3. Nicat Axundzadə (Neftçi Siyəzən)
3. İsgəndər Ömərli (Quba CİK)

-73 kq
1. Əli Əliyev (Neftçi Siyəzən)
2. Elcan Babayev (Şabran)
3. İlyas Rzayev (Şabran)

-81 kq
1. Seyfəddin Musayev (Quba CİK)

Qızlar

-52 kq
1. Şərqiyyə Həsənova (Quba CİK)
2. Amina Ağasıyeva (Qusar)

Seçilən
27
2
idman.biz

3Mənbələr