Türkiyənin Trabzon şəhərində ağır yol qəzası baş verib.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Arsin rayonunda qeydə alınıb.
Mikroavtobusla yük maşınının toqquşması nəticəsində 15 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı araşdırma başladılıb.