AZ

“Bu, bizim üçün böyük qürurdur”

“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 4-cü turunun “Sumqayıt”la oyunundan (1:0) sonra keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki,Kaşkilya bunları qeyd edib:

"Bu gün çox gərgin və maraqlı oyun izlədik. Komandamız güclü rəqibə qarşı mümkün qədər yaxşı çıxış etməyə çalışdı.

“Sumqayıt” çox keyfiyyətli futbolçulara malik komandadır və biz bu oyuna tam hazırlıqlı gəlmişdik.

Birinci hissədə qarşılıqlı hücumlarla bərabər oyun getdi. Künc zərbəsindən bir böyük şansımız oldu, amma top qapının tirinə dəydi.

İkinci hissə daha da çətin keçdi, çünki oyunçular yorğunluq hiss edirdilər. Bununla belə, sona qədər mübarizə apardıq və qalibiyyət qolunu vurmağı bacardıq.

Bu qələbə bizim üçün böyük qürurdur. Çünki belə güclü hücum xətti olan komandaya qarşı oynamaq asan deyil.

Bu nəticə oyunçularımızın zəhmətinin və əzmkarlığının göstəricisidir. İndi isə qarşıdakı oyunlara daha ciddi hazırlaşaraq azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Seçilən
14
sportinfo.az

1Mənbələr