AZ

Odeqardın zədəsi ilə bağlı açıqlama

İngiltərə Premyer Liqasının IV turunda "Arsenal" öz meydanında "Nottingem Forest"i 3:0 hesabı ilə məğlub etdiyi matçda ev sahiblərinin futbolçusu Martin Odeqard sıradan çıxıb..

90deqiqe.Az-ın məlumatına görə, oyundan sonra baş məşqçi Mikel Arteta norveçli futbolçunun durumunu şərh edib:

"Eyni çiyin zədəsi ilə bağlıdır. O, oyunu davam etdirməkdə çətinlik çəkirdi. Təəssüf ki, bu baş verdi, çünki millidə yaxşı oynayırdı. Ədeqor əlimdən gələni edəcək ki, həftə ortundakı oyun üçün hazır olsun, amma dəqiq deyə bilmirəm."

Qeyd edək ki, "Arsenal" növbəti matçını sentyabrın 16-da Çempionlar Liqasında İspaniyanın "Atletik" klubu ilə keçirəcək.

Seçilən
30
90deqiqe.az

1Mənbələr