AZ

Yeni teatr mövsümünün açılış mərasimi keçirildi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 153-cü teatr mövsümünün açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin teatr haqqında fikirlərinin səsləndirilməsi ilə başlanıb.

Açılış mərasimində mədəni dəyərlərimizin qorunması, inkişafı və dünyada təbliği sahəsində Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı qeyd olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti və Dövlət mükafatı laureatı Hacı İsmayılov yeni teatr mövsümünün açılışı ilə bağlı fikirlərini bölüşüb, teatrların ölkəmizin mədəni həyatında oynadığı vacib roldan danışıb.

Seçilən
6
4
publika.az

5Mənbələr