AZ

NATO-ya daha bir TƏHDİD MESAJI

Bir pilotsuz uçuş aparatı (PUA) Rumıniya hava məkanını pozub.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, PUA "F-16" tipli iki qırıcı təyyarə tərəfindən hava şəraitini izləmək məqsədilə aşkarlanıb və Kiliya Veçe kəndindən 20 km cənub-qərbdə izlənilib. Daha sonra PUAt radarlardan itib. Nazirlik bildirib ki, PUA yaşayış məntəqələrinin üzərində uçmayıb və əhaliyə birbaşa təhlükə yaratmayıb.

Hadisə ilə bağlı radiolokasiya sistemləri və havadakı təyyarələr vəziyyəti izləyib, mütəxəssislərdən ibarət qruplar PUA-nın mümkün qalıqlarını axtarmağa hazır vəziyyətdə olublar.

Seçilən
53
publika.az

1Mənbələr