AZ

Nazir idman federasiyalarının nümayəndələri ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında idman federasiyalarının nümayəndələri ilə 22-ci görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, görüş zamanı nazir son dövrdə idman sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Tədbirdə 32-ci Ümumdünya Yay Universiadası (FISU), 12-ci Dünya Oyunları, 18-ci Avropa Gənclər Yay Olimpiya Festivalı və Avropa Gənclər Paralimpiya Oyunları ilə bağlı hesabatlar dinlənilib. Həmçinin 6-cı İslam Həmrəyliyi Oyunlarına, eləcə də bu il ölkəmizdə keçiriləcək 3-cü MDB Oyunlarına hazırlıq vəziyyəti barədə məlumat verilib.

İclasda həmçinin idman ictimaiyyəti nümayəndələrinin işğaldan azad edilmiş bölgələrə səfərləri, maliyyə məsələləri, fəxri adların verilməsi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun fəaliyyəti və idman tibbi sahəsində görüləcək işlər barədə təqdimatlar dinlənilib. Eləcə də, "Tədbirvar" (tedbirvar.az) platforması və federasiyaların sosial media fəaliyyəti barədə hesabatlar təqdim edilib və gündəlikdəki digər məsələlər müzakirə olunub.

Seçilən
0
11
football-plus.az

10Mənbələr