AZ

Xarici sərmayələrin həcmi artıb

Bu ilin yanvar–avqust aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 2 milyard 621,7 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,9 faiz çoxdur.

Hesabat dövründə xarici investisiyaların 2 milyard 554,4 milyon manatı (97,4 faizi) Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.

XQ

Seçilən
0
1
xalqqazeti.az

5Mənbələr