Nigeriya milli komandasından zədəli qayıdan Viktor Osimhenin son durumu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Eyüpspor"a qarşı oyundan (2:0) sonra keçirilən mətbuat konfransında hücumçunun son vəziyyəti ilə bağlı açıqlama verib. O, "Ayntraxt"a qarşı Çempionlar Liqası oyununda Osimhenin iştirak edib-etməyəcəyi barədə suala belə cavab verib:

"Osimhenin ağrı vəziyyətinə görə növbəti oyunda nə edə biləcəyini görəcəyik. 1-2 gün ərzində durumu dəqiq bir şəkildə bəlli olacaq".

O.Buruk Mauro İkardinin hələ ki əvvəlki formasını tam bərpa etmədiyini də bildirib. 

Qeyd edək ki, "Qalatasaray" sentyabrın 18-i Bakı vaxtı ilə saat 23:00-da "Ayntraxt"la üz-üzə gələcək.