AZ

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

Türkiyədə aparılan qazıntı və təmizlik işləri nəticəsində yeni tarixi tapıntılar aşkarlanıb. 

News24.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası, Elazığ və Palu Qubernatorluqlarının dəstəyi ilə həyata keçirilən işlər zamanı Urartu kralı Menuaya aid kitabənin ətrafı təmizlənərək abadlaşdırılıb və ərazi genişləndirilib.

Qazıntılar zamanı Roma dövrünə aid üç çoxkameralı qayaüstü məzar və su anbarı funksiyasını daşıyan şüşə formalı sisternlər üzə çıxıb. 

Təxminən üç metr dərinliyə malik sisternlər suvaqlıdır və içərisində suyun çöküntülərini ayırmaq üçün hovuzlar yerləşdirilib. Mütəxəssislər onların eyni planla, eyni ustalar tərəfindən inşa edildiyini müəyyənləşdiriblər.

Munzur Universitetinin elmi məsləhətçisi, dosent-professor Harun Danışmaz bildirib ki, Palu qalasında aşkar edilən qaya məzarları monumental xarakter daşıyır.

Aqil

Seçilən
81
1
news24.az

2Mənbələr