AZ

Şimali Koreya ABŞ-yə xəbərdarlıq etdi

BAKI, 14 sentyabr. TELEQRAF

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq xəbərdarlıq edib ki, ABŞ, Cənubi Koreya və Yaponiyanın birgə hərbi təlimləri onların özləri üçün "mənfi nəticələrə" səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"ABŞ, Yaponiya və Cənubi Koreyanın Koreya Xalq Demokratik Respublikası ətrafında nümayiş etdirdiyi ehtiyatsız güc nümayişi, şübhəsiz ki, özləri üçün mənfi nəticələrə gətirib çıxaracaq", - Kim Yo Conq rəsmən xəbərdarlıq edib.

Xatırladaq ki, Cənubi Koreya, Yaponiya və ABŞ sentyabrın 15-dən başlayaraq Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı hava, dəniz və kiber əməliyyat imkanlarını təkmilləşdirmək üçün “Freedom Edge” adlı illik birgə hərbi təlimlər keçirəcək.

Seçilən
30
teleqraf.com

1Mənbələr