Bakı. Trend:
“Sabah”ın Aleksey İsayevin transferi üçün ödədiyi məbləğ məlumolub.
Trend xəbər verir ki,“bayquşlar” bu transfer üçün “Qarabağ”a 150 min manat ödəyib.
“Sabah” millimizin futbolçusu ilə 2 illik müqaviləimzalayıb.
Qeyd edək ki, yarımmüdafiəçi “Yenisey”, “Zenit”, “Sumqayıt”klublarında da oynayıb.