AZ

Arda Turan azərbaycanlı oyunçunun zədələnməsindən təəssüfləndiyini bildirib - FOTO

Ukraynanın "Şaxtyor" klubunun türkiyəli baş məşqçisi Arda Turan ölkə çempionatında "Metallist 1925"lə oyundan sonra hakimlərin işindən narazılığını bildirib.

İdman.biz bildirir ki, qarşılaşma 1:1 hesabı ilə qurtarıb.

"Hakimin bugünkü qolla bağlı verdiyi qərar təbii ki, biabırçılıq idi. Mənə maraqlıdır, bu hakim "Milan"ın, "Yuventus"un, "İnter" oyunlarında belə qərar qəbul edə bilər? Amma istənilən halda irəli baxmalıyıq", - Turan deyib.

Türkiyəli mütəxəssis "Metalist 1925"i heç-heçə münasibətilə təbrik edirb: "Rəqin komandanın oyunçusu Ramiq Hacıyevin zədələnməsi ilə bağlı çox təəssüf edirəm. O, gənc istedadlı oyunçudur və səmimi qəlbdən ümid edirəm ki, o, tezliklə meydana qayıdacaq və bu çətin mərhələni adlayacaq".

Qeyd edək ki, Azərbaycan əsilli 20 yaşlı ukraynalı oyunçu "Metallist 1925"in heyətində yer alır. Bakıda anadan olmuş Hacıyev Ukraynanın U-21 millisinin üzvüdür.

İdman.biz

Seçilən
20
1
idman.biz

2Mənbələr