AZ

Yaponiyada uzunömürlülərin sayı rekord həddə çatıb

ain.az, Oxu.az saytına istinadən bildirir.

15 sentyabr Yaponiyada yaşlılara hörmət günü kimi qeyd olunur.

Oxu.Az xəbər verir ki, bayramdan əvvəl Səhiyyə Nazirliyi ölkədə 100-dən çox yaşı olan şəxslərin sayının rekord 99 763 nəfərə çatdığını elan edib.

Statistika əhalinin qeydiyyat sistemi məlumatları əsasında hazırlanıb. Məlumata görə, Yaponiyada 100-dən çox yaşı olan insanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 644 nəfər artaraq yeni rekord təşkil edib. Onlar arasında 87 784 qadın var ki, bu da ümumi sayın təxminən 88%-ni təşkil edir.

Hazırda ölkənin ən yaşlı sakini 114 yaşlı Siqeko Kaqavadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
oxu.az

10Mənbələr