1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Travel+Leisure" səyahət portalı dünyada Yeni il istirahəti üçün ən populyar istiqaməti açıqlayıb.
Oxu.Az xəbər verir ki, səyyahlar arasında birinci yerdə Braziliyanın Rio-de-Janeyro şəhəri durur.
Braziliyadakı bu şəhər xüsusilə dekabrın ortalarından yanvarın əvvəllərinə qədərki dövrdə böyük populyarlıq qazanır.
Turistlər parlaq təntənəli təəssüratlar üçün oraya yollanır və əfsanəvi Kopakabana çimərliyində Yeni ili qarşılamaq istəyirlər.
Reytinqdə ikinci yeri Karib dənizindəki Sent-Lüsiya adası tutur.
Ən popular istiqamətlər arasında ilk üçlüyü Mərakeş qapayır.