AZ

Qvardiola Mançester Yunayted lə derbi barədə: “Mən gələndən bəri biz həmişə...”

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Mançester Yunayted"lə Premyer Liqanın 4-cü tur matçı ilə bağlı gözləntilərini bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə "Yahoo Sports"a açıqlama verib:

"Mən gələndən bəri biz həmişə onlardan güclü olmuşuq. Həmişə. On il, doqquz il biz həmişə daha yaxşı olmuşuq. Çoxlu sayda xal qazanmışıq.

Təbii ki, bizi məğlub edə bilərlər. Biz xal itirmək istəyirik? Xeyr. Çünki bizə xal lazımdır, iki oyunluq məğlubiyyət seriyasını qırıb, buna nail olmalıyıq. Amma mən artıq baş verənləri saymıram".

Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" matç bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
sport24.az

1Mənbələr