Demokrat.az-ın xəbərinə görə, bu barədə rusiyalı professor, Avropa Tibb Mərkəzinin daxili xəstəliklər klinikasının rəhbəri və terapevt Svetlana Kanevskaya Gazeta.ru nəşrinə müsahibəsində danışıb.
Əvvəlki tədqiqatlar göstərib ki, C vitamini həqiqətən də immunitet sistemini dəstəkləməyə qadirdir. Lakin belə təsir təbii olaraq əldə edilir, o şərtlə ki, bədəndə maddənin konsentrasiyası norma həddinə olsun. Kanevskayanın sözlərinə görə, C vitamini çox yüksək dozada qəbul edildikdə, artıq doza heç bir fayda gətirmir.
"Əgər bir insanda laborator təsdiqlənmiş çatışmazlıq yoxdursa, C vitamini, sink və ya multivitaminlərin yüksək dozaları zərərli ola bilər - qaraciyər və ya böyrəklərin həddindən artıq yüklənməsinə, həmçinin vitamin və mineralların balanssızlığına gətirib çıxara bilər. Bu ona görə baş verir ki, bəzi maddələrin hədddən artıq olması digərlərinin udulmasını bloklaya bilər", - deyə Svetlana Kanevskaya qeyd edib.
Həkim vurğulayıb ki, C vitamininin həddindən artıq dozası böyrək daşı olan insanlar üçün xüsusilə təhlükəlidir. İş orasındadır ki, askorbin turşusu emal edildikdə başqa bir turşuya - oksalata çevrilir. Sidikdə oksalatın konsentrasiyası yüksək olduqda isə o, kalsiumla birləşərək kristallar əmələ gətirir.
10Mənbələr
-
demokrat.azC vitamininin payızda faydaları: Nələri düz bilmirik? ( 21323023)
-
musavat.comC vitamininin payızda faydaları: Nələri düz bilmirik? ( 21322489)
-
oxu.azC vitamininin payızda faydaları: Nələri düz bilmirik? ( 21322312)
-
qaynarinfo.azC vitamini və sink insanı payızda soyuqdəymədən qoruyur? ( 21319201)
-
hurriyyet.azKanalda boğulan qardaşlardan birinin toyu olacaqmış ( 21051553)
-
olke.azKanalda boğulan qardaşlardan birinin payızda toyu olacaqmış ( 21049282)
-
Ajans.azKanalda boğulan qardaşlardan birinin toyu olacaqmış ( 21049159)
-
axar.azKanalda boğulan qardaşlardan birinin toyu olacaqmış - Video ( 21048925)
-
moderator.azKanalda boğulan qardaşlardan birinin payızda toyu olacaqmış - VİDEO ( 21048133)
-
far.azKanalda boğulan qardaşlardan birinin payızda toyu olacaqmış ( 21047542)