AZ

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2107" ilə "Chvrolet" markalı minik maşınları toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanana yerəşdirilib. Xəsarət alanlar 2006-ci il təvəllüdlü S.Ələkbərov, 2006-cı il təvəllüdlü N.Həsənova, 2008-ci  il təvəllüdlü G.Həsənova və 1981-ci il təvəllüdlü B.Həsənovadır. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov

Seçilən
10
1
unikal.az

10Mənbələr