AZ

Daha bir avtobusla bağlı ŞİKAYƏT – Sərnişinlər yarı yolda qalır

Sumqayıt şəhəri - Abşeron rayonunun Şəfəq qəsəbəsi istiqamətində hərəkət edən 12A marşrut xətti ilə bağlı sakinlər narazılıq edir.

BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakinlərin sözlərinə görə, avtobusların texniki vəziyyəti bərbad haldadır və tez-tez nasazlıqlar üzündən sərnişinlər yarı yolda düşürülür.

Sakinlər iddia edir ki, Sumqayıta yeni avtobuslar gətirilsə də, 12A xətti üçün heç bir dəyişiklik edilməyib.

Onlar həmçinin bildirirlər ki, yeni dərs ilinin başlanması ilə marşrutdan istifadə edənlərin sayı daha da artacaq. Bu səbəbdən də 12A xəttində təcili tədbir görülməzsə, vəziyyət daha da acınacaqlı olacaq.

Seçilən
22
1
far.az

2Mənbələr