AZ

Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova


Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir.  Könül Aydın Nəhmətova bu suala cavab verir və problemin həlli yolunu göstərir.

 
11 sentyabr tarixində elm və təhsil naziri Əmin Əmrullayevin keçirdiyi brifinqdə şagirdlərin oxuyub-anlama bacarıqlarının zəif olması mövzusunda geviş məlumat verərək monitorinqlərdə onların 3/10 faizinin bu bacarığı nümayiş etdirə bilmədiklərini açıqlayıb. Xatırladaq ki, nazir dəfələrlə cəmiyyətdə oxuyub-anlama probleminə toxunub,  Əvvəlki çıxışlarının birində isə 25 yaşdan yuxarı adamların   60 faizinin bunu bacarmadığını qeyd etmişdi. Aparılan monitorinqlərin nəticələri  problemin kökünün tədrisdə olduğunu göstərir. Kurikulum islahatları nəticəsiz qalır.  Nazirin brifinqdə qaldırdığı oxuyub-anlama problemi cəmiyyətdə geniş müzakirə mövzularından birinə çevrilib . Filologiya üzrə fəlsəfə doktoru, mətn dilçiliyi üzrə mütəxəssis Könül Aydın Nəhmətova öz Feysbuk səhifəsində məsələyə münasibət bildirərək problemin səbəbini və həlli yolunu göstərib. Könül Aydın yazır: "Oxuduğunu anlamaq nə deməkdir:  

- mətnin nədən bəhs etdiyini müəyyənləşdirmək

- mətnin qarşısında hansı məsələnin qoyulduğunu müəyyən etmək

 - müəllifin açıq mövqeyini müəyyən etmək və ya mətnin ideyasını çıxarmaq

 - faktoloii suallara cavab vermək

 - mətndə köməkçi fikirləri əsas fikirdən fərqləndirmək, eləcə də əsas mövzu və problemi, ikinci dərəcəli mövzu və məsələlərdən fərqləndirmək

 - mətnin hissələrini və abzasların növlərini fərqləndirmək: giriş, izahedici, keçid və ümumiləşdirici abzasları tanımaq

- mətndəki cümlələrin funksiyalarını müəyyən etmək: mövzu, ideya, problem cümlələrini seçmək; abzasların strukturunu təhlil etmək; keçid cümlələrini fərqləndirmək; izahedici və ümumiləşdirici cümlələri tanımaq, yekun cümlələrini seçmək

- mətndə məna əlaqələrini müəyyənləşdirmək: ardıcıllıq, ziddiyyət, səbəb-nəticə, problem həlletmə

- mətnin planını tərtib etmək

- sözlərin kontekstə görə mənasını müəyyən etmək 

- mətndə alt mənaları çıxarmaq

 - mətnin başlığını məzmunu ilə əlaqələndirmək

- mətndəki məsələlərə dair verilən suallara adekvat cavab vermək. 

Bütün bu meyarları hazırda mənbələrə baxmadan yazdığım üçün hansısa deskriptorları nəzərdən qaçıra bilərəm, lakin ümumi məzmun, təxminən, bundan ibarətdir. Qaldı ki, oxuduğuna münasibət bildirmək, mətni  başqa mətnlərdə əlaqələndirmək, müqayisə etmək, yaradıcı yanaşıb dəyişmək - bunlar tənqidi oxu meyarlarıdır. Oxuduqlarını dəyərə çevirmək, həyata tətbiq etmək isə metakoqnitiv bacarıqlardır.Şagirdlərdə bütün bu bacarıqları formalaşdırmaq sadə iş deyildir və dərsdə yalnız mətni oxuyub ümumi təhlil edib, dərsliklərdəki tapşırıqları həll etməklə başa gələn məsələ deyildir. Yəni dərsliklərdəki tapşırıqlar bu bacarıqların formalaşdırılması üçün qənaətbəxş səviyyədə yazılmr. Öyrədici tapşırıqlar yox səviyyəsindədir. Bundan da əlavə, məzmun özü müəllimlərə qaranlıqdır. Bunu yalnız müəllimin çatışmazlığı kimi deyil, daha çox fənnin məzmun standartları ilə müəllimin aldığı təhsilin arasındakı uyğunsuzluq kimi görmək lazımdır. Problemim həlli bu sahəni az-çox bilən mütəxəssislərə şərait yaradıb onları resurslar hazırlamağa cəlb etmək, ali məktəb müəllimlərinin səriştəsinin artırılması üzrə proqramlar yazmaq, təlimlər təşkil etmək və məsələnin həllini  orta məktəb müəllimlərinin ittiham edilməsindən deyil,  müəllim hazırlığından başlamaq lazımdır. Bu sahəni yaxşı bilən mütəxəssis kimi bütün cəhdlərim cavabsız qaldı.


Seçilən
6
1
nuh.az

2Mənbələr