AZ

Milli Kitabxanada “Dilçi-alim İsmixan Rəhimov” adlı kitab sərgisi açılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Milli Kitabxanada görkəmli tərcüməçi, dilçi-alim İsmixan Rəhimovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Dilçi-alim İsmixan Rəhimov” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin müəllifi olduğu dərsliklər, dərs vəsaitləri, lüğətlər, elmi məqalələri, həyatı və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Seçilən
27
3
azertag.az

4Mənbələr