AZ

ABŞ dövlət katibi İsrailə rəsmi səfər edib

ABŞ

ABŞ dövlət katibi Marko Rubio İsrailə rəsmi səfər edib.

APA-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, bu, Marko Rubionun dövlət katibi kimi İsrailə ikinci səfəridir.

Səfər İsrail Ordusunun ötən həftə ABŞ-ın müttəfiqi olan Qətərin paytaxtı Dohada HAMAS liderlərinə zərbə endirməsindən bir həftə sonra baş tutur.

Ben Qurion hava limanında Marko Rubio və həyat yoldaşı Janett Dusdebes Rubionu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi və digər rəsmi şəxslər qarşılayıblar.

İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin məlumatına görə, bu gün Netanyahu və Rubio birlikdə Qüdsdəki Ağlama Divarını ziyarət edəcəklər.

Səfər öncəsi Vaşinqtonda jurnalistlərə açıqlama verən Marko Rubio bildirib ki, ABŞ İsrailin Dohadakı HaMAS liderlərinə hücumundan “narazıdır”, lakin bu, iki ölkə arasında müttəfiqlik münasibətlərinə təsir etməyəcək: “Bu, münasibətlərimizin xarakterini dəyişməyəcək, amma biz bu məsələni, ilk növbədə, atəşkəs səylərinə hansı təsiri göstərəcəyini müzakirə etməliyik”. O həmçinin İsrail rəsmilərindən Qəzzada qarşıdakı mərhələyə dair cavablar gözlədiyini vurğulayıb.

Marko Rubio ABŞ Prezident Donald Trampın HAMAS-ın darmadağın edilməsini, müharibənin başa çatmasını və 48 girovun, o cümlədən həlak olanların, geri qaytarılmasını istədiyini bildirib. Onun sözlərinə görə, son hücumun bu məqsədlərə qısa müddətdə nail olunmasına necə təsir edəcəyi İsraillə müzakirə olunacaq.

Seçilən
34
10
xalqcebhesi.az

10Mənbələr