Bakı. Trend:
Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası bu günAzərbaycanın Şuşa şəhərində öz işinə başlayıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Trend-ə verilən məlumatagörə, Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, AzərbaycanSığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk DövlətləriTəşkilatının iştirakı ilə baş tutan assambleya türk dünyasısığortaçılarını ilk dəfə geniş tərkibdə bir araya gətirir.
Məlumata görə, assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan,Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının maliyyərequlyatorları və sığorta assosiasiyaları iştirak edirlər.
Bildirilir ki, assambleya "Türk dünyası sığorta sənayesindərequlyativ yanaşmalar" və "Türk Dünyası Sığorta Birliyi: QarşıdaDuran Hədəflər və Perspektivlər" adlı 2 panel üzrə müzakirələrtəşkil olunacaq.
Assambleya çərçivəsində həmçinin türk dövlətlərininsığortaçıları arasında birgə sənədin imzalanması da nəzərdətutulub.