Almaniyanın polis və gömrük orqanlarının əməkdaşları Hamburq limanında 400 kiloqramdan çox kokain ələ keçiriblər.
Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar iki nəfər şübhəli şəxs qismində saxlanılıb.
Əməliyyat liman işçilərinin gəmidən avtomobilə idman çantaları yükləyən iki nəfərdən şübhələnərək təhlükəsizlik qüvvələrinə xəbər verməsindən sonra keçirilib. Avtomobil saxlanılarkən şübhəli şəxslərdən biri qaçmağa cəhd göstərsə də, limanın müəyyən hissələri dərhal bağlanıb, əməliyyata polis helikopteri cəlb olunub. Nəticədə qısa müddət sonra həmin şəxs də saxlanılaraq istintaqa cəlb edilib.