AZ

Qəzetin 107 yaşını qeyd etdiyi gün buraxdığı kobud səhv

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin orqanı olan qəzet MİLLİ MƏCLİSin komitə sədrini də tanımır?!

“Azərbaycan” qəzetnin 15 sentyabrda 107 yaşı tamam olur. Qəzet həftənin ilk günü çap edilmədiyindən öz bayramını bir gün əvvəl, yəni 14 sentyabrda qeyd edib.

Amna bu bayram nömrəsində özünü ölkənin “ən peşəkar jurnalisti, ən qabiliyyətli baş redaktoru” elan edən Bəxtiyar Sadıqov növbəti dəfə gül vurub, yaxud quş buraxıb.

14 sentyabr nömrəsində professor Rəna Mirzəzadənin məqaləsinə Milli Məclisin komitə sədri Hicran Hüseynovanın şəklini verib.

Bəlkə də demək olardı ki, texniki səhvdur.

Amma Milli Məclisin orqanı olan qəzet MİLLİ MƏCLİSin komitə sədrini də tanımır!!!

Yəni parlamentin orqanı olduğunu bar-bar bağıran qəzet parlamentin cəmi 12 komitə sədrini də tanımırmı? Dövlət qəzeti bu qədərmi peşəkarlığını itirib?!

Qəzetin digər səhifəsində 107 illik fəalliyətlərinə həsr etdikləri məqalədə dönə-dönə özlərinin peşəkarlıqlarlndan, bacarıqlarından, mətbuatda məktəbə çevrilməklərindən danışan qəzetin bu səhvinə görə Bəxtiyar Sadıqov hansı məsuliyyəti daşıyır?

Bəyəm, qəzetin çapdan öncəki son variantına baş redaktor baxmır? Axı “ölkənin bir nömrəli vaş redaktoru” bilməmiş olmaz ki, qəzet çapa getməmiş onu diqqətlə yoxlayıb çapına icazə vermək baş redaktorun birbaşa vəzifəsi, məsuliyyəti və səlahiyyətidir. Bu kobud səhvdə də nə texniki heyət, nə də növbətçi heyət günahkar deyil. Günahkar birbaşa baş redaktordur.

Qəzetinə ildə 1.5 milyon tələb edən, bu vəsait verilməsə, dövlət qəzetini bağlayacağı ilə dövləti təhdid edən Bəxtiyar Sadıqov, görəsən, aldığı dövlət vəsaitini peşəkarlığın artırılmasına yönəldirmi?

P.S. Saytda şəkillərə sonradan düzəliş olsa da, qəzet nüsxəsində Bəxtiyar Sadıqovun şedevri qalır!!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
konkret.az

2Mənbələr