AZ

“Qalatasaray” bir oyunda 2 rekordu yenilədi

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Superliqasının 5-ci turunda “Qalatasaray” səfərdə “Eyüpspor” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Moderator.az “Opta”ya istinadən xəbər verir ki, İstanbul klubu yeni mövsümdə Türkiyə çempionatının ilk beş matçında qələbə qazanaraq, çempionat tarixində ardıcıl iki mövsümə beş qələbə ilə başlayan ilk komanda olub (2024/25 və 2025/26).

“Qalatasaray” 2025/26 mövsümündə “Eyüpspor”dan başqa, “Rizespor”u, “Kayserispor”u (4:0), “Fatih Karagümrük”ü (3:0) və “Qaziantep”i (3:0) üstələyib.

Bundan əlavə, “aslanlar” səfər matçlarında qapısını toxunulmaz saxlayaraq beş qələbəlik seriyasını davam etdirib və bu, klub üçün yeni rekord hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
moderator.az

3Mənbələr