AZ

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə növbəti görüşünü Zaqatala rayonunun Mamrux kəndində keçirib.

Görüşdə kənd sakinlərinin müxtəlif sahələr üzrə müraciətləri dinlənilib, onların problemləri və təklifləri diqqətlə nəzərə alınıb. Millət vəkili qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, digər müraciətlərin icrası üçün isə aidiyyəti dövlət qurumlarına yönləndirildiyini bildirib.

Asif Əsgərov vurğulayıb ki, vətəndaşların gündəlik qayğılarının öyrənilməsi, onların problemlərinin həllinə kömək göstərilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı işlər aparılır.
Görüşdən sonra millət vəkili Vətən Müharibəsi şəhidi Musa Nüsrət oğlu Nuhuyevin ailəsini ziyarət edib. Şəhidin ailə üzvləri ilə səmimi söhbət edən deputat, onların qayğıları və ehtiyacları ilə maraqlanıb. Şəhidimizin xatirəsi ehtiramla yad olunub.Ailəyə maddi yardım göstərilib.
Millət vəkili Asif Əsgərov qeyd edib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, dövlətimiz və cəmiyyətimiz hər zaman onların ailələrinin yanında olacaq:
“Bu torpaqlar uğrunda canından keçən bütün şəhidlərimiz bizim qürur mənbəyimizdir. Onların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətimizin əsas istiqamətlərindən biridir.”
Sonda olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib.
Sakinlər və şəhid ailəsi ölkə rəhbərliyinə göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
8
1
veteninfo.az

2Mənbələr