AZ

Rusiyadan təhlükə anonsu: ABŞ ın reaksiyası necə olacaq?

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ukraynanın təhlükəsizliyinə təminat verilməsi çox təhlükəli addımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki keçmiş səfiri Aleksey Yerxov “Hürriyyət” qəzetinə müsahibəsində deyib.

“Təsəvvür edək ki, NATO-ya üzv olan bir sıra ölkələr öz hərbi kontingentlərini Ukrayna ərazisinə göndərirlər və birdən onlar Rusiya ordusu ilə münaqişəyə girirlər . Vaşinqtonun buna reaksiyası necə olacaq?” – Yerxov bildirib.

Keçmiş səfirin fikrincə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı xoş görünən niyyətlər çox təhlükəli bir işə çevrilə bilər.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti verməsinə qarşı çıxış edib. O, belə bir variantın Rusiyaya yaraşmayacağını vurğulayıb.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr