AZ

Türkiyədə FETÖ-nün Yunanıstana qaçmaq istəyən 8 üzvü saxlanıldı

Türkiyədə FETÖ-nün səkkiz üzvü Polşa bayraqlı qayıqla Yunanıstana getməyə çalışarkən saxlanılıb. 

 

Bu barədə "Haber Global" məlumat yayıb. 

 

Qeyd olunur ki, FETO üzvlərinin fəaliyyətlərinin ifşası və qarşısının alınması, şübhəli şəxslərin tutulması məqsədi ilə Muğla Polis İdarəsi Kəşfiyyat Şöbəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Datça rayonunda qayıqla ölkədən qaçmağa hazırlaşan terrorçuları aşkarlayıb.

 

Qayıq Datça sahillərində sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Seçilən
24
8
senzor.az

9Mənbələr