AZ

Beynəlxalq axtarışda olan 8 nəfər qonşu ölkəyə ekstradisiya olundu - FOTO

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 8 nəfərin ölkəyə təhvil verildiyini açıqlayıb.

News24.az xəbər verir ki, türkiyəli nazir sosial şəbəkədə cinayətkarların Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan ekstradisiya edildiyini paylaşıb.

Yerlikayanın məlumatına görə, Ankaranın sorğusu ilə Azərbaycanda saxlanılan Türkiyə vətəndaşı İ.C. qəsdən adam öldürmə ittihamı ilə beynəlxalq axtarışa verilib.

Türkiyə Daxili İşlər Nazirliyinin başçısı əmin edib ki, axtarışda olan cinayətkarların heç biri ədalət məhkəməsindən qaça bilməyəcək.

Eyni zamanda, o, müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirib.


Seçilən
57
9
news24.az

10Mənbələr