AZ

Rusiyalı deputat axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Dövlət Dumasının deputatı və idmançı Nikolay Valuyev barəsində axtarış elan edib.

Azreform.info bu barədə TASS-a istinadla xəbər verir.

Ağır çəkidə keçmiş dünya çempionuna qarşı ağır nəticələrə gətirib çıxaran "Ukraynanın ərazi bütövlüyünə qəsd" maddəsi ilə qiyabi ittiham irəli sürülüb.

Valuyev həmçinin Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

Seçilən
22
18
azreform.info

10Mənbələr