AFFA millinin baş məşqçi postuna axtarışları davam etdirir.
Sportinfo.az xəbər verir ki, yığmamızı çalışdırmağa namizədlərdən biri Fatih Terimdir.
Bu barədə türkiyəli jurnalist Ozan Zeybek məlumat yayıb.
AFFA-nın 72 yaşlı mütəxəssisə təklif göndərdiyi bildirilir. Terimin adı Çexiya millisi ilə də hallanır.
Fatih Terimin son iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şəbab" olub.