“Fransa Prezidenti Emmanuel Makron Ukrayna münaqişəsində NATO-nun günahkar olduğunu heç vaxt açıq şəkildə etiraf etməyəcək”.
Turkustan.az xəbər verir ki, bunu senator Aleksey Puşkov Telegram kanalında qeyd edib.
Bundan əvvəl amerikalı iqtisadçı Ceffri Saks bildirmişdi ki, Makronun fikrincə, Ukraynada münaqişəyə səbəb NATO-nun siyasətidir:
“Makron mənə Fəxri Legion ordeni təqdim etdi və heç vaxt demədiyini etiraf etdi: bu müharibə NATO-nun günahıdır”.
Lakin iqtisadçı Fransa prezidenti ilə bu söhbətin nə vaxt baş verdiyini dəqiqləşdirməyib./Globalinfo.az