AZ

Çempionlar Liqası: "Qarabağ"ın ilk oyununun hakimləri onlardır

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununun hakim təyinatı olub. Metbuat.az xəbər verir ki, “Eştadiu da Luş” stadionunda təşkil olunacaq görüş belçikalı Erik Lambrextsə həvalə olunub.Ona Co De Veirdtlə Kevin Monteni kömək edəcəklər.Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirəcək.VAR Bram Van Driş, AVAR isə Fedayi San olacaq.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Seçilən
3
1
metbuat.az

3Mənbələr