AZ

Zaqatalada avtomobili yolun kənarına aşdı - VİDEO

Zaqatalada idarəetmədən çıxan minik avtomobili yolun kənarına aşıb.

Bizim.Media xəbər verir ki, hadisə Zaqatala-Muxax-Yuxarı Çatdaqlar avtomobil yolunda baş verib.
 

Rayonun Muxax kənd sakininin idarə etdiyi “Mersedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadası tərəfindən xəsarət alan şəxslərə yerində tibbi yardım göstərilib.


Faktla bağlı araşdırma aparılır. (Lent.az)


Bizim.Media

Seçilən
30
4
bizim.media

5Mənbələr