AZ

ABŞ dövlət katibi İsrailə rəsmi səfər edib

ABŞ dövlət katibi Marko Rubio İsrailə səfər edib.

Hakimiyyet.az xəbər verir ki, səfər çərçivəsində o, ölkənin siyasi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

İsrail mediasının məlumatına görə, səfər ABŞ-la İsrail arasında münasibətlərin gərginləşdiyi bir vaxtda baş tutur. Gərginliyin əsas səbəbi İsrail HHQ-nin Dohada HƏMAS-ın qərargahına endirdiyi zərbə olub.

Rubionun həmçinin girovların ailələri ilə də görüşü nəzərdə tutulur. ABŞ dövlət katibinin İsraildəki səfəri 16 sentyabra qədər davam edəcək.

Seçilən
34
4
hakimiyyet.az

5Mənbələr