AZ

Rusiya Ordusu Ukraynanın Donetsk vilayətini atəşə tutub, ölənlər var- FOTOLAR

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin məskunlaşdığı əraziləri sutka ərzində 46 dəfə atəşə tutub, nəticədə 4 nəfər həlak olub.

Bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında məlumat verib.

"Sentyabrın 13-də rusiyalılar Donetskin 4 sakinini - Konstantinovkada qətlə yetiriblər. Sutka ərzində bölgədə daha 14 nəfər yaralanıb", - o yazıb.
 

Yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində bir neçə hündürmərtəbəli yaşayış binası, avtomobillər, inzibati binalar və s. zərər çəkib.


Gün ərzində cəbhə xəttindən 109-u uşaq olmaqla 1001 nəfər təxliyə edilib.










Seçilən
17
6
news365.az

7Mənbələr