AZ

Papa Leo 70 illik yubileyini qeyd edir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vatikan, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun 70 yaşı tamam olur.

AZƏRTAC xəbər verir ki, mayın 8-də Roma Papası seçilən XIV Leo 4 ay ərzində fəaliyyətini dünyada sülhə həsr edib. Katoliklərin ruhani lideri ötən müddətdə dünyada münaqişələrə son qoyulması üçün onlarla çağırış edib.

Bu yaşda Papa sonuncu dəfə 1990-cı ildə (Papa II İohann Pavel) olub. Həm XVI Benedikt, həm də Fransisk 70 yaşdan böyük taxta çıxıblar.

Dünyadakı təxminən 1,4 milyard katolik lideri olan XIV Leo əslən ABŞ-dan olan ilk Papa kimi tarixə düşüb. O, 1955-ci il sentyabrın 14-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Uzun illər Peruda xidmət edib, 2014-cü ildə mərhum Papa Fransisk tərəfindən Perunun Çiklayo şəhərinə yepiskop təyin olunub. 2023-cü ildən Müqəddəs Taxt-Tacda Yepiskoplar üzrə Dikasterin Prefekti, Latın Amerikası Komissiyasının rəhbəri təyin olunub, həmin il kardinal rütbəsinə yüksəldilib. Roma Papası ingilis, ispan, italyan, fransız və portuqal dillərini mükəmməl bilir, latın və alman dillərində oxumağı bacarır, tennis həvəskarıdır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
azertag.az

8Mənbələr