AZ

Şəhər işıqlıdır, amma ümidli deyil... Bakı ilə necə yadlaşdıq?

Kulis.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kulis.az Malik Atilayın "Tomasın Praqası, Kanın Qarsı və bizim Bakı" yazısını təqdim edir.

Böyüdüyüm şəhərlə indi yaşadığım şəhər eyni adı daşıyır — Bakı.

Böyüdüyüm məhəlləmiz sökülsə də, ordakı qonşular hərə bir yana getsə də, hətta tez-tez budaqlarını qırıb meyvəsini yığdığımız küçəmizin qoca əncir ağacı kökündən çıxarılsa da, bura yenə də bizim Bakıdır.

Bu qədər dəyişdiyi halda belə doğma və heç dəyişmədiyi halda necə bu qədər ögey oldu şəhər ?

Uşaqlıq Bakısı, Tomasın Praqası kimi, hər daşında xatirələrin titrəyən əks-sədasını saxlayır. Burada hər addım həm keçmişə toxunur, burada hələ də nənəmin bişirdiyi cılğavaninin iyi gəlir məhəlləmizdən, hər kölgə bir sirr daşıyır, hər tin fərqli bir həyatın güzgüsünə çevrilir.

Yağış damlaları səkilərə çırpıldıqca uşaqlıq səsi titrəyir; dənizin duzlu və neftli qoxusu, günəşin köhnə evlərin pəncərələrindən sızan işığı, uşaq gülüşlərinin sükutla qarışması…

Bunlar şəhəri nəfəs alan bir varlıq kimi canlandırır. Tomasın Praqada duyduğu azadlıq, qorxu və nostalji uşaqlıq Bakısında labirintə çevrilir. Hər daş bir düşüncənin əks-sədası, hər işıq parıltısı bir xatirənin titrəyən ruhudur.

Uşaqlıq Bakısında küləyin səsi divarlara toxunur və daşlar küləyin pıçıldadığı nəğməni özündə saxlayır.

Tomasın Praqada hiss etdiyi zamanın bükülməsi, azadlıqla həsrətin, qorxu ilə heyranlığın qarışığı burada eyni şəkildə var olur. Bu şəhər yalnız məkan deyil; o, labirint, xatirələrin və zamanın qatlandığı metafizik bir orqanizmdir.

İndiki Bakı isə Qars kimi ögeydir. Ka yalnız ruhunu yoran hadisələr və soyuq daşlarla qarşı-qarşıyadır. Hər küçə yalnız günün işığını göstərir; keçmişin qatları yox olur, xatirələrin labirinti yox olur.

Buz kimi külək üzə dəyir, boş meydanlar sükutun əks-sədası ilə titrəyir. Burada səs yalnız səssizliyin əks-sədasıdır; köhnə qoxular, daşların isti nəfəsi yox olmuşdur.

Şəhər yalnız funksionaldır, ruhsuzdur; indiki Bakı sanki zamanın xaricində bir yerdə yaşayır. Əsla nə Qarsı, nə günümüzdəki Bakını pisləmirəm.

Ka üçün Qars ögey idi, çünki yaşadıqların və yaşatdıqların sənə bir yeri doğma edir. Doğmalıq hissi ortaq xatirə bazasından başqa bir şey deyil əslində. Yaxş, bu qədər xatirəmi daşıyan Bakı ilə necə yadlaşdıq?

Uşaqlıq Bakısı bir labirintdir; hər daş fəlsəfi paradoks, hər tin həyat dərsi, hər küçə zamanın bükülmüş əyrisidir.

Burada zaman həm dayanır, həm axır; görünür, amma gizlənir. Tomasın Praqa küçələrində duyduğu azadlıq və həsrət, qorxu ilə heyranlıq birləşərək uşaqlıq Bakısının metafizik doğmalığını ortaya qoyur.

Hər işıq parıltısı bir duyğu qatı, hər kölgə bir xatirə əyrisi, hər səkidə titrəyən damla keçmişin səsidir.

İndiki Bakı isə ögeydir, dərinliyini itirib. Çünki artıq öyrənəcək heç nə yoxdur, sadəcə dözüləcək şeylər var.

Kanın Qarsda yaşadığı tənha addımlar burada təkrar olunur: buz kimi küçələr, boş meydanlar, səssiz gecələr. Burada xatirələrin qoxusu yoxdur, daşların isti nəfəsi yoxdur, keçmişin əks-sədası yoxdur.

Şəhər gözəldir, amma ruhsuzdur.

Şəhər işıqlıdır, amma ümidli deyil. Ya da biz böyümüşük...

Bakı bir şəhərdə iki fərqli varlıq daşıyır. Uşaqlıq Bakısı—labirint, xatirələrin sükutu ilə nəfəs alan metafizik bir məkan; indiki Bakı—səthi, ögey, yalnız günün işığını daşıyan boşluq.

Bu paradoks insan təcrübəsini, xatirələrin və zamanın labirintində ruhun istiqamət tapma prosesini göstərir.

Zaman bir riyaziyyat düsturu kimi bükülür: keçmiş, indiki və gələcək eyni anda mövcuddur. Uşaqlıq Bakısı üç qatın simfoniyasını duyur; indiki Bakı yalnız bu günün ritmlərini daşıyır.

İki Bakı eyni coğrafiyada, amma iki fərqli kainatdır: uşaqlıq şəhəri—labirint, xatirələrin simvolu, metafizik əbədi; indiki Bakı—ögey, səthi, yalnız funksional bir əks-səda.

Hər addım, hər baxış, hər sükut uşaqlıq və indiki şəhər arasındakı metafizik sərhədi xatırladır.

Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olundu

9500 illik tikili aşkar edildi

90-cı illərin məfkurə məsələsinə konseptual yanaşan alim - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
kulis.az

1Mənbələr