AZ

Ali Milli Təhlükəsizlik Şurası İran-BAEA razılaşması ilə bağlı bəyanat yayıb - FOTO

İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi Qahirədə ölkənin xarici işlər naziri Abbas Əraqçı ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi arasında imzalanan sazişlə bağlı bəyanat yayıb.
 
Moderator.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
 
Bəyanatda qeyd olunur ki, İranın nüvə obyektlərinə qarşı hər hansı düşmənçilik addımı, o cümlədən BMT Təhlükəsizlik Şurasının sanksiya qətnamələrinin bərpası halında razılaşmaların icrası dərhal dayandırılacaq.
 
"Razılaşmaların mətni Nüvə Komitəsinin təsdiq etdiyi sənədlə eynidir, agentliyə təqdim olunacaq hesabatlar yalnız şuranın təsdiqi ilə göndəriləcək, əməkdaşlığın həyata keçirilməsi mexanizmləri şura tərəfindən müəyyən ediləcək", - deyə şuranın bəyanatında vurğulanır.
 
Habelə bildirilib ki, İran və BAEA yeni əməkdaşlıq çərçivəsində nüvə obyektlərinin qorunması və hərbi təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər.

 

Seçilən
30
2
moderator.az

4Mənbələr