AZ

Rusiyalı səfir Zəngəzurdan danışdı: “Çoxlu sual işarəsi var”

Moskva və Ankara bölgədə sabitlik və rifah zonasının formalaşmasında maraqlıdır və təhlükəsizliyin təmin olunmasına, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir.

Bu fikirləri Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov “Hürriyət” nəşrinə müsahibəsində deyib.

Yerxovun sözlərinə görə, hazırda Cənubi Qafqazda həm Rusiya, həm də Türkiyənin fəal və mühüm rol oynadığı mürəkkəb və ziddiyyətli proseslər gedir

“Cənubi Qafqazda problemlərin həlli üçün əsas şərt regional sahibliyin təmin olunmasıdır, yəni qərarların region ölkələrinin özləri tərəfindən, yaxın qonşular olan Rusiya, Türkiyə və İranın dəstəyi ilə qəbul edilməsi və həyata keçirilməsi”.

Səfir bölgədə nəqliyyat yollarının açılması məsələsinin də bu kontekstdə mühüm rol oynadığını deyib. O bildirib ki, Zəngəzurdan keçəcəyi iddia olunan “Tramp Yolu” da daxil olmaqla, bir çox ssenari və şayiələr mövcuddur:

“Hazırda müzakirə olunan ssenarilər və layihələrlə bağlı çoxlu sual işarəsi var. Kim nəyi, necə və nə vaxt edəcək – bunlar hələ bəlli deyil. Bundan başqa, Ermənistanın Avrasiya İqtisadi Birliyinin ortaq gömrük zonasında iştirakı da bu ölkənin ərazisindən keçəcək tranzit yüklərə necə təsir edəcək, bu da ayrıca önəm daşıyır. Bütün bu suallara cavabı zaman göstərəcək”./Axar.az

Seçilən
12
4
editor.az

10Mənbələr