AZ

Bakıda “Comic Con Baku” pop-mədəniyyət festivalıkeçirildi

14 sentyabr Bakı Konqres Mərkəzində “Comic Con Baku” pop-mədəniyyət festivalı keçirilib. 

Redaktor.az xəbər verir ki, “CAVAN” Gənclər hərəkatı İctimai Birliyi və “Azerbaijan Cosplay Festivals”ın təşkil etdiyi festival bölgədə pop-mədəniyyətinin əsas mərhələsinə çevrilib və maraqlı məzmunu ilə iştirakçılara unudulmaz anlar yaşadıb.

Unikal platformaya çevrilən festivalda yerli və beynəlxalq kospley təmsilçiləri qonaq qismində iştirak ediblər. Hall-da isə iştirakçılar FIFA, Valorant, Mortal Kombat və digər məşhur oyunlarda qüvvələrini sınayıblar.

CAVAN Gənclər Hərəkatı İB-nin direktoru Ənvər İsmayılzadənin verdiyi məlumata görə minlərlə ziyarətçinin maraq göstərdiyi bu festival iştirakçılarda xoş təəssüratlar yaradıb. Bu tip layihələrə daha çox gənclər maraq göstərsə də, iştirakçılar arasında müxtəlif yaş kateqoriyalarından şəxslər olduğu bildirilib.

22222
Seçilən
17
5
redaktor.az

6Mənbələr