AZ

Rusiya ilə müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?

"Rusiya ilə müharibənin bir günü Ukraynaya 172 milyon dollara, yəni 7,1 milyard qrivnaya başa gəlir".

Oxu.Az-ın "Novosti.LIVE" nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov deyib.

"Ukrayna bu cür maliyyə yükünə öz gücü ilə tab gətirə bilməz. Buna görə də yerli müdafiə sənayesinin və innovativ texnologiyaların inkişafı üçün tərəfdaşların vəsaitlərini cəlb etmək vacibdir", - deyə o vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, 2024-cü ildə müharibənin bir günü Ukraynaya 5,7 milyard qrivnaya və ya 142 milyon dollara başa gəlib.

Seçilən
13
6
demokrat.az

7Mənbələr