NTD amerikalı basketbolçu Camel Kinqi heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, forvard mövqeyində çıxış edən 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Kinq son olaraq ölkəsinin “Kenneso Steyt Ouls” klubunun şərəfini qoruyub.
Qeyd edək ki, NTD buna qədər Ladarius Marşalın, Kobi Montqomerinin və Andra Makkinin transferlərini həyata keçirib.