AZ

İsrailin Dohaya hücumu: Ərəb dövlətləri qərar verəcək!

Qətərin paytaxtı Dohada Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin növbədənkənar iclası keçirilir.

Axar.az xəbər verir ki, Ərəb Liqası və İƏT xarici işlər nazirlərinin qapalı formatda keçirilən fövqəladə görüşü İsrailin HƏMAS hərəkatının iqamətgahlarından birinə endirdiyi zərbəyə həsr olunub.

Görüş insidentlə bağlı razılaşdırılmış mövqenin hazırlanması məqsədi daşıyır. Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsarinin sözlərinə görə, iştirakçılar sentyabrın 15-də Dohada keçiriləcək Ərəb Liqası və İƏT sammitinin yekun qətnamə layihəsini hazırlayacaqlar.

Seçilən
18
3
axar.az

6Mənbələr