AZ

Sumqayıtda xəstəxananın həyətində döl aşkar olunub

Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız dölü aşkarlanıb.

Aznews.az xəbər verir ki, dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Döl aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

"Report"un yerli bürosuna TƏBİB-dən bildirildiyinə görə, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 14.09.2025-ci il tarixində saat 14:20 radələrində mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.

Seçilən
7
4
aznews.az

10Mənbələr