AZ

İcbari sığorta ilə bağlı YENİLİK OLACAQ

"Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericilik layihəsi artıq hazırlanıb".
 
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.
 
Onun sözlərinə görə, əsas məqsəd dövlət üçün katastrofik risklərin yaratdığı fiskal yükün azaldılmasıdır:
 
"Bu sistemi tətbiq etməklə, katastrofik riskləri sığorta şirkətlərinə və bütövlükdə sığorta sektoruna transfer edəcəyik. Buraya müntəzəm baş verən sosial risklər də daxildir. O cümlədən yanğın və partlayış kimi risklər bu çərçivədə nəzərdə tutulub. Əsas hədəf həm də katastrofik təhlükələrin nəticələrinin qarşısını almaqdır. Qeyd etmək lazımdır ki, belə risklərin sığortası özlüyündə spesifik xarakter daşıyır".  (Report)
Seçilən
11
17
moderator.az

10Mənbələr