Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 14-dən 17-dək Yaponiyaya işgüzar səfərə gedib.
"Unikal" xəbər verir ki, Aleksandar Vuçiç səfər zamanı “Expo Osaka 2025” ümumdünya sərgisi çərçivəsində Osakada Serbiyanın Milli Gününün rəsmi təqdimat mərasimində iştirak edəcək. O, həmçinin Serbiya və Yaponiyanın milli pavilyonlarına baş çəkəcək.
Serbiya Prezidenti, eyni zamanda, paytaxt Tokioda Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito və Baş nazir Şiqeru İşiba ilə görüşlər keçirəcək. Aleksandar Vuçiç Yaponiya şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi Serbiyanın investisiya potensialının təqdimat mərasimində iştirak edəcək.