AZ

Meksikada yol qəzasında 15 nəfərölüb

Meksikada yol qəzasında 15 nəfər ölüb.

Redaktor.az-ın AFP-yə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin cənub-şərqində Merida və Kampeçe şəhərlərini birləşdirən şossedə qeydə alınıb.

Yük maşını minik avtomobili və inşaat işçilərini daşıyan başqa bir yük maşını ilə toqquşaraq aşıb.

Qəza nəticəsində 15 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bu, Meksikada son həftə ərzində çoxsaylı insan tələfatı ilə nəticələnən üçüncü ağır yol-nəqliyyat hadisəsidir.

Sentyabrın 8-də ölkənin mərkəzində yük qatarı iki mərtəbəli avtobusla toqquşub, nəticədə 10 nəfər ölüb, 41 nəfər yaralanıb. İki gün sonra isə Mexikoda 50 min litr benzin daşıyan yük maşını aşaraq partlayıb. Nəticədə 13 nəfər ölüb, onlarla insan ağır yanıq xəsarətləri alıb.

Seçilən
21
4
redaktor.az

5Mənbələr