AZ

Rusiya XİN də narahatlıq: Hər an terror aktı baş verə bilər

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna hətta münaqişə ilə bağlı fərqli mövqe bildirən Aİ ölkələrinə də təzyiq göstərir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

Miroşnik qeyd edib ki, Ukrayna hökuməti qanunsuz insanların hökuməti kimi davranır və istənilən şəxsə qarşı terror aktları arsenalından istifadə edə biləcəyini nümayiş etdirir:

“Əgər Ukrayna hansısa ölkəni bəyənmirsə və onun siyasəti Kiyevin xoşuna gəlmirsə, onlar əllərində olan bütün vasitələrdən istifadə etməyə hazırdırlar”.

Diplomat həmçinin Ukrayna Silahlı Qüvvələrinin “Drujba” neft kəmərinə zərbə endirməsini Kiyevin qadağan olunmuş vasitələrlə məqsədlərinə çatmaq niyyətinin göstəricisi kimi qiymətləndirib.

Qeyd edək ki, sentyabrın 7-də Macarıstanın xarici işlər naziri Peter Sijarto “Drujba” kəməri ilə Rusiya neftinin Macarıstana nəqlinin əvvəlki qaydada davam etdiyini açıqlamışdı. O vurğulayıb ki, Ukraynanın enerji infrastrukturuna hücumları nə kəmərin fəaliyyətinə, nə də Macarıstana neft tədarükünə təsir göstərib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
1
globalinfo.az

2Mənbələr